Xəbər lenti

Mayın 10-da Bakıda atəşfəşanlıq olacaq
Ölkə05:55 07.05.2015

Mayın 10-da Bakıda atəşfəşanlıq olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bakı Şəhər İcra Hakimiyyəti mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir”. Bu sözləri modern.az-a Bakı meriyasının mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyib.
“Bayram tədbiri Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək və həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyası tərəfindən bayram konserti və atəşfəşanlıq təşkil ediləcək”, deyə Nailə Məmmədova bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bayram şənliklərində iştirak etməyə dəvət edir.
Qaynar.info