Onların əyləşdikləri Naxçıvan nömrəli 3 avtomobil Dilucu Gömrük məntəqəsinə təslim edilib
Jandarma Türkiyənin İğdır vilayətində 1 ton 500 litr qaçaqmal yolla əldə edilmiş mazut ələ keçirib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Mazut Naxçıvan nömrəsi olan 3 avtomobilə yüklənibmiş. Saxlanılan 4 nəfərdən Azərbaycan vətəndaşı olan 3 şəxs Türkiyədən deportasiya edilib.
Dördüncü şəxs isə sorğu-suala tutulur. Azərbaycan vətəndaşlarının mazut yüklədikləri maşınların Dilucu Gömrük müdirliyinə təslim edildiyi bildirilir.