Xəbər lenti

İdman 13:21 23.01.2024

Mbappenin gələcəyi ilə bağlı nə vaxt qərar verəcək?

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe karyerasını harada davam etdirmək istədiyinə 2024-cü ilin martında qərar verəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə ispan jurnalist Fransua Qalardo X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O, qeyd edib ki, Mbappe "Real Madrid"lə istər yazılı, istərsə də şifahi razılaşma əldə etməyib. Forvardın iki həftədən artıqdır ki, İspaniya klubunun nümayəndələri ilə əlaqəsi yoxdur.

Qeyd edək ki, Mbappe "Monako"dan PSJ-yə 2018-ci ildə transfer olunub. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır. Onun "Real Madrid"lə anlaşdığı deyilsə də, transfer baş tutmayıb. Forvard bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 25 matçda iştirak edib, 26 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->