Xəbər lenti

MBD-nin ən uca boylu prezidenti - İlham Əliyev
Ölkə12:32 02.09.2015

MBD-nin ən uca boylu prezidenti - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev MBD prezidentləri arasında ən uca boyludur.

anspress-in məlumatına görə, bu haqda "CA-News" aqentliyi təqdim etdiyi infoqrafikada xəbər verib. Azərbaycan prezidentinin boyu 190 sm-dir. Bununla da o, MBD məkanında prezidentlər arasında ən uca boylu prezident hesab edilir. 

İnfoqrafikada bir sıra ölkələrin prezidentlərinin boy ölçüləri qeyd olunub. Onlar arasında Türkmənistan, Azərbaycan, Tacikistan, Belarusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Ermənistan, Rusiya, Ukrayna prezidentləri var.

Şəkildə hər birinin boyu aydın görünür. MDB ölkələrində ən hündürboy prezidentin Azərbaycan Prezidenti İlham Əliyev, ən alçaq boylunun isə erməni prezidenti Serj Sarkisyanın olduğu üzə çıxıb. 

Qaynar.info