
Gəncədə 1500 ailəlik qaçqın şəhərciyi istifadəyə verildikdən sonra şəhərdə fərdi yaşayış evlərindən ibarət daha bir şəhərciyin salınmasına başlanıb.
Altı yüz məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş şəhərcikdə evlərin 60-ı bir, 255-i iki, 230-u üç və 55-i dörd otaqlı olacaq.
Layihəyə əsasən burada 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, həmçinin kitabxana, klub, həkim məntəqəsi, icra nümayəndələri üçün inzibati bina inşa ediləcək.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncədəki nümayəndəsi Süleyman Abbasov bildirib ki, yeni qəsəbədə inşa edilən fərdi evlər Hacıkənd qəsəbəsində məskunlaşan 519 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Qaynar.info