
Ötən gecə Ağcəbədi rayon Üsürlü kəndində dəhşətli yanğın baş verib.
Anspress-in məlumatına görə, yanğın kənd sakini Şikar Süleyman oğlu Nəcəfova məxsus 3 otalı evdə baş verib. Yanğın zamanı ev bütün əşyaları ilə birgə tamam kül olub. Hadisə yerin əgələn 2 yanğınsöndürən maşın yalnız evin külə dönən daş-divarını söndürə bilib. Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.
Şikar Nəcəfov bildirib ki, evdə 10 nəfər ailə yaşayır. Onlar yanğın baş verərkən yatmış olublar. “Yatmışdıq. Bir də gördük ki, alovun içindəyik. Yoldaşımla uşaqları güclə çıxartdıq. Yalnız yataq paltarlarında qaldıq çöldə. Bütün əşyalarımız, paltarlarımız, sənədlərimiz yanıb kül oldu. Yanğın zamanı böyük oğlum 21 yaşlı Şayəddin Nəcəfovun saçları da tandı. Bu soyuqda qalmışıq çöldə”, - deyə Şikar Nəcəfov bildirib.
Qeyd edək ki, yanğın zamanı ailəyə təxminən 17 min manat ziyan dəyib. Evin kiçik uşağının 2 yaşı, böyük övladının isə 21 yaşı var. Hazırda 8 uşaq, ata və ana soyuq havada çöldə qalıblar. Getməyə yerləri, yeməyə çörəkləri, geyməyə paltarları yoxdur. Hələlik onlarla heç kim maraqlanmayıb.
Məsələ ilə bağlı rayon icra hamiminin I müavini, fövqəladə halalr komissiyasının sədri Rövşən Əhmədovun verdiyi məlumata görə, məsələdən məlumatlıdır. Şikar Nəcəfov qəbulumda olub. Yanğın evin tavanında elektrik xəttində baş verən qısaqapanma nəticəsində yaranıb. Ev bütünlüklə yanıb. Ailə Ağdam rayonundan məcburi köçkündür. İndi kənddə boş tikili tapıb, ailəni ora yerləşdirəcəyik. Artıq bu istiqamətdə göstəriş də vermişəm”, - deyə Rövşən Əhmədov vurğulayıb.
Qaynar.info