Xəbər lenti

Məcburi köçkünlər qəzalı binada yaşayır
Ölkə12:00 22.05.2014

Məcburi köçkünlər qəzalı binada yaşayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Torpaqlarımız erməni Silahlı Qüvvələri tərəfindən işğal olunandan sonra Azərbaycanın digər bölgələrilə yanaşı Bakıya da 100 minlərlə qaçqın və məcburi köçkün pənah gətirdi.

ANS TV-nin məlumatına görə, onların əksəriyyəti bu gün normal şəraitli mənzillərlə təmin edilsələr də, yenə də pis şəraitdə yaşayanlar var. Götürək elə bir vaxtlar “Bakı Tikiş Evi”ndə tərkibində olan binalarda yaşayanları.

20 ildən çoxdur ki, 200-ə yaxın məcburi köçkün aliəsi dağılmış binada yaşayır. Binaya kənardan baxanda adama elə gəlir ki, bura müharibədən bu dəqiqə çıxıb. Uçuq-sökük, pərncərələri dağılmış, su ilə dolu zirzəmi. Bu hələ bərbadlığı göstərən sadəcə bir iki faktdır. Əgər bütöv binadan danışası olsaq inandırım ki, buna saatlar belə bəs etməz.

Nəsimi rayonu, Mərdanov qardaşları,119-cu ünvanında yerləşən keçmiş “Bakı Tikiş Evi”nin binasının, indi sözün əsl mənasında tikişə ehtiyacı var. Çünki, binada yaranan çatlar, burada hər an təhlükənin olduğundan xəbər verir. Yaşayış evi heç bir rəsmi qurumun balansıda olmadığından, burada hər hansı təmir işləri də aparılmayıb. Müsahiblərim isə öz vəsaitlərinə gücləri nəyə çatıb onu da ediblər. Amma bu da kifayət etməyib. Binanın içərisinin vəziyyəti isə çölündən də betərdir. İfunət iyindən içəri girmək mümükün deyil. Baxmayaraq ki, burada insanlar yaşayır. Zirzəmidə suyun olması isə yay-qış buranı ağcaqanadların məskəninə çevirib. Hələ mən döşəmədən danışmıram. Çünüki danışılası bir şey qalmayıb. Döşəmə tamamilə çürüyüb. Nəmişlikdən evlərin divarları kif bağlayıb. Sanitar qovşaq və hamam isə əsl infeksiya mənbəyidir.

Şikayətçi Nuridə Cəfərova deyir ki, pis bir şəraitdə yaşayırlar: “Mənim uşağım əlildir. Ona yaxşı şərait lazImdır. Biz isə bir otaqda pis iy gələn yerdə yaşayırıq”.

Roza Mövsümovanın sözlərinə görə, burda qalan ailələrin hamısı xəstədir: “Hamısı natəmizlikən vərəm xəstəliyi tapıb. Ya bizi buradan köçürsünlər, ya da binanı təmir etdirsinlər”.

Binanın yerləşdiyi Nəsimi Rayon İcra Hakimiyyətində isə elə sakinlərin eşidikləri növbəti açıqlamanı bizdə eşitdik. Bina icranın balansında olmadığından heç bir köməklik edə bilməzlər. Daha sonra “Bakı Tikiş Evi”nə. Buradan da analoji cavabı eşidik, bina bizim balansımızda deyil. “Bakı Tikiş Evi”ndən onu da bildirdilər ki, bina Səhiyyə Nazrliyinin blalansında olmalıdır. Sevincək Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Buradan da eyin cavabı verdilər, bina Səhiyyə Nazirliyinin balansıda deyilmiş. Yaxşı bəs bu binalar hansı qurumun balansındadır. Bax bu sualımıza cavab verən tapılmadı. Ancaq əminəm ki, sabah binada kimsə, hansısa artırma etmək istəsə, onda binanın sahibləri tapılacaq.

Qaynar.info