Xəbər lenti

Məcburi köçkünlərin yataqxanasında yanğın: 4 nəfər təxliyyə olundu
Ölkə11:16 08.03.2019

Məcburi köçkünlərin yataqxanasında yanğın: 4 nəfər təxliyyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub, 4 nəfər təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qaynarinfo-ya verilən məlumata görə, hadisə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində baş verib. Belə ki, ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb. 
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.