Xəbər lenti

Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar (SİYAHI)
Ölkə12:34 04.09.2020

Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər nazirlikdən uzaqlaşdırılıb. 
Qaynarinfo report-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.
Həmin siyahını təqdim edirik:
Çıxarılanlar:
Aparat rəhbəri - Fikrət Babayev
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - İntiqam Hümbətov     
Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi - Azada Hüseynova
Kinematoqrafiya şöbəsi - Cahangir Məmmədov
Nazirin müşaviri - Aydın İsmiyev
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - Ruslan Abduləlimov
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi- Kamal Kazımov   
Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi - Günel Aslanova     
Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Xanoğlan Güləliyev      
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi - Ləman Mahmudova     
Təyin edilənlər:
Nazirin müşaviri - Elnur Əliyev       
Kinematoqrafiya şöbəsi - Rüfət Həsənov    
Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - İlkin Nəsibov
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - Məryəm Qafar-Zadə     
Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Zemfira Hüseynbəyli
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini - Səadət Xələfbəyli
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub.