Xəbər lenti

Mədəsində iynə qalan qızın video görüntüsü - ŞOK
Ölkə10:29 02.12.2016

Mədəsində iynə qalan qızın video görüntüsü - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Tikiş iynəsi xəstənin mədəsinin çıxacağında aşkarlandı.” 

Bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İbrahim Əfəndiyev bildirib. O, hadisənin Goranboy rayonunda baş verdiyini qeyd edib: 

“Gecə vaxtı paltar tikdiyi yerdə təsadüfən iynəni udub. Xəstəxanada ona həkimlər çörək, pambıq udmağı məsləhət bilib. Baxıblar ki, ağrı və qusma halları artır. Tezdən Bakıya gətiriblər. Xəstə bu şikayətlər altında bizim xəstəxanaya daxil oldu. Rengen müayinəsində iynənin mədədə olduğu görünürdü. Biz də endoskopik yolla mədəyə daxil olduq və fəsadsız iynəni götürə bildik.”

Həkim iynənin mədənin divarına batıb qaldığını vurğulayıb: “İynə mədəyə böyük ziyan vurmamışdı. Əgər bir necə gün də qalsaydı iynə mədəni deşib digər orqanlara ziyan vura bilərdi. Çünki mədə hərəkət etdikcə iynə irəliləyirdi.”

İbrahim Əfəndiyev elə həmin gün xəstənin evə buraxıldığını deyib.(AzNews.az)

Qaynarinfo.Az