
"Tour d`Azerbaidjan-2016" veloyürüşünün bu gün V - sonuncu mərhələsi start götürüb. Qaynarinfo.az newsport.az-a istinadən xəbər verir ki, yarışdan öncə "Synergy Baku" komandasının üzvləri sürprizlə qarşılaşıb.
Belə ki, onları Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev ziyarət edib. Dövlət rəsmisi komanda üzvləri ilə görüşərək, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Mədət Quliyevin velosiped idmanına xüsusi marağı var. O bu idman növü ilə peşəkar şəkildə məşğul da olur.

Qaynarinfo.az