Xəbər lenti

Mədət Quliyev həbsxanadakı qiyamdan danışdı
Ölkə20:13 12.03.2013

Mədət Quliyev həbsxanadakı qiyamdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hansısa həbsxanada qiyam olması barədə yazılanlar tamamilə yalandır. Heç bir müəssisədə qiyam baş verməyib. Mən bilmirəm bu məlumatları kim uydurur?”

Qaynar.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyev 17 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

 M. Quliyev bildirib ki, heç bir müəssisədə kütləvi narazılıq qeydə alınmayıb: “Sizi əmin edə bilərəm ki, bu gün müəssisələrdə cəza çəkən məhkumlar hər birisi özlərinə qarşı dövlətin qayğısını hiss edirlər. Təəssüflər olsun ki, bəzi qüvvələr yalan məlumatlar yaymaqla dövlətin gördüyü müsbət işlərə kölgə salmağa çalışırlar. Onların bu niyyəti ürəklərində qalacaq”.

Qeyd edək ki, bu gün Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların qiyam qaldırmaları barədə məlumat yayılıb. Qiyama səbəb kimi isə məhbuslara keyfiyyətsiz yemək verilməsi göstərilib.

Qaynar.info