Xəbər lenti

“Media forum” saytının yaranmasının 9 ili tamam olur
Ölkə08:50 28.12.2013

“Media forum” saytının yaranmasının 9 ili tamam olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün “Media forum” saytının yaranmasının 9 ili tamam olur.

Qaynar.info-nun məlumatına görə, sayt  2004-cü ilin dekabrın 28-də İnternyus-Azərbaycan İctimai Birliyinin layihəsi əsasında yaradılıb. Həmin vaxtdan 2011-ci ilin aprel ayınadək layihəni ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu (NED) maliyyələşdirib.

2011-ci ilin aprel ayından “Media forum” layihəsi “İREX Azərbaycan” təşkilatı vasitəsilə maliyyələşir. Bu müddətdə sayt İnternyus-Azərbaycan İctimai Birliyinin həyata keçirdiyi və ya tərəfdaş olduğu bir sıra layihələrin də iştirakçısı olub. Həmin layihələr bu istiqamətləri əhatə edib: insan hüquqları, Avropa qonşuluq siyasəti, ekologiya problemləri, islam və demokratiya. Hazırda “Media forum” saytı Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin iştirakçısıdır.

Daha çox jurnalist auditoriyası üçün nəzərdə tutulmuş “Media forum”un başlıca məqsəd və vəzifələri bunlardır: mühüm hadisələrlə bağlı xəbərləri, ekspert rəylərini çatdırmaq; müxtəlif problemlər ətrafında interaktiv müzakirələr keçirmək; media sahəsində çalışanları narahat edən məsələləri öyrənmək; monitorinqlər, araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq; insanların hüquq və azadlıqlarının müdafiəsində duran beynəlxalq və yerli təşkilatların hesabatlarını işıqlandırmaqla jurnalistləri vətəndaş cəmiyyətinin təşəbbüslərindən xəbərdar etmək; məsuliyyətsiz jurnalistikaya qarşı ardıcıl tənqidi mövqe tutmaqla jurnalistikanın keyfiyyətcə inkişafına yardımçı olmaq.

2005-ci ilin dekabrından sayt Azərbaycan dili ilə yanaşı, rus dilində də yayılır. 2005-ci ilin yanvar ayından 2007-ci ilin iyun ayınadək ingilis dilində materialların həftəlik xülasəsi də verilib.

Saytın baş redaktoru Azər Qaraçənlidir.

Qaynar.info portalının əməkdaşları “Media forum”-dakı həmkarlarını təbrik edir, onlara can sağlığı və yaradıcılıq müvəffəqiyyətləri arzu edir.

Qaynar.info