Xəbər lenti

MEDİA-nın rəhbəri: "Həmin fikirlər tamamilə əsassızdır"
Ölkə13:37 02.07.2021

MEDİA-nın rəhbəri: "Həmin fikirlər tamamilə əsassızdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mediaya dəstək layihələrinin "dövlət vəsaitindən lazımsız istifadədir" kimi fikirlər tamamilə əsassızdır. Mediada səsləndirilən fikirlər bizə bildirilənlərlə tamamilə ziddir”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
"Bizə olan müraciətlərin hamısında belə bir dəstəyə ehtiyacın olduğu qeyd edilib. Onu da bildirib ki, MEDİA-nın Nizamnaməsində bizim işimizin təkcə maliyyə dəstəyi göstərmək olduğu qeyd edilməyib. Bizim əsas vəzifələrimizdən biri peşəkar jurnalistikanın formalaşdıırlması üçün tədbirlərin həyata keçirilməsidir”, - Ə.İsmayılov vurğulayıb.//report.az