Xəbər lenti

Mediada ən çox hansı dövlət komitələri tənqid olunub?
Ölkə13:14 03.10.2016

Mediada ən çox hansı dövlət komitələri tənqid olunub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Qaynarunfo.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 8294 xəbər yerləşdirilib. Bunlardan 95-i mənfi, 457-si müsbət və 7742-si isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Dövlət Gömrük Komitəsi (51 xəbər – Azərbaycan gömrüyündə yaşanan xoşagəlməz olay),  Əmlak Məsələləri Dövlət Komitəsi (25 xəbər – komitə sədri haqqında olan iddialar). Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (457 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) məxsusdur.
Xəbər sayına görə sıralama:
Dövlət Gömrük Komitəsi2219 xəbər
Dövlət Statistika Komitəsi1915 xəbər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi1311 xəbər
Əmlak Məsələləri Dövlət Komitəsi1212 xəbər
Diasporla İş üzrə Dövlət Komitəsi484 xəbər
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi455 xəbər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi421 xəbər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Komitəsi121 xəbər
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi74 xəbər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi65 xəbər
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi17 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 850 xəbər dərc edilib. Bu xəbərlərdən 825-i neytral, 24-ü müsbət, 1-i isə mənfidir. Mənfi xəbər Əmlak Məsələləri Dövlət Komitəsinə (1 xəbər – komitə sədri haqqında olan iddialar) məxsusdur. Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsinə (24 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) aiddir.
Xəbər sayına görə sıralama:
Dövlət Statistika Komitəsi188 xəbər
Dövlət Gömrük Komitəsi176 xəbər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi171 xəbər
Əmlak Məsələləri Dövlət Komitəsi111 xəbər
Diasporla İş üzrə Dövlət Komitəsi62 xəbər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi57 xəbər
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi51 xəbər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi16 xəbər
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi8 xəbər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi6 xəbər
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi4 xəbər
Sentyabr ayında televiziya kanallarında komitələr haqqında 190 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  49 xəbər
Əmlak Məsələləri Dövlət Komitəsi43 xəbər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi42 xəbər
Dövlət Gömrük Komitəsi34 xəbər
Dövlət Statistika Komitəsi16 xəbər
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi5 xəbər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi1 xəbər
Qaynarinfo.Az