Xəbər lenti

Mediada “fərqlənən” otellərimiz - Monitorinq
Ölkə09:06 04.05.2016

Mediada “fərqlənən” otellərimiz - Monitorinq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb. 

Qaynarinfo.az Media Təqib Mərkəzinin otellərlə bağlı aprel ayı üzrə məlumatlarını təqdim edir.

2016-cı ili aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli 764 xəbər yerləşdirilib. Aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli xəbərlərdən 19-u mənfi,745-i isə neytral xəbərdir.

Mənfi xəbərlər arasında lider: Altes Plaza (18 xəbər - ALTES GROUP-un qanunsuzluqları haqda iddialar), Emerald Hotel Baku (1 xəbər - əxlaqsızlıq çirkabına bulaşanlar).

Xəbər sayına görə sıralama:

1. Hilton Baku 79 xəbər

2. Excelsior Hotel & Spa Baku 79 xəbər

3. Park Inn Hotel Baku 77 xəbər

4. Fairmont Baku 65 xəbər

5. Sheraton Baku 62 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 97 xəbər dərc edilib.Aprel ayında yazılı mətbuatda otellərlə əlaqəli xəbərlərdən 95-i neytral, 2-si isə mənfi xəbərdir.

Mənfi xəbərlərin hamısı Altes Plaza-ya (əmlakının həbsi üzrə 10-dan artıq məhkəmə keçirilib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Park Inn Hotel Baku 13 xəbər

2. JW Marriott Hotel Absheron Baku 12 xəbər

3. Hilton Baku 12 xəbər

4. Excelsior Hotel & Spa Baku 11 xəbər

5. Fairmont Baku 8 xəbər

Aprel ayında televiziya kanallarında bu sektorla əlaqəli 6 neytral xəbər göstərilib .

Aprel ayında radio kanallarında bu sektorla əlaqəli xəbər yoxdur .

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Qayanrinfo.az