Xəbər lenti

Məhbus bloqçunun anası dindirildi
Ölkə14:58 25.09.2013

Məhbus bloqçunun anası dindirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində dini fəal, bloqçu Rəşad Ramazanovun məhkəməsi keçirilib.

Məlumatı “Media forum”a vəkil Azər Nağıyev verib. O deyib ki, məhkəmədə polis şahid dindirilib: “Biz öz şahidlərimizin də dindirilməsi üçün vəsatət qaldırdıq. Vəsatət təmin olundu. Rəşadın anası Zemfira Əkbərova onun şəxsiyyətini xarakterizə edən ifadə verdi. Bildirdi ki, oğlu indiyə qədər heç vaxt narkotik istifadəçisi olmayıb, onun satışı və istifadəsi ilə məşğul olan insanlarla da heç vaxt ünsiyyətdə olmayıb”.

Vəkil bildirib ki, vəsatətə görə, məhkəmədə vəkil Aslan İsmayılov və vətəndaş Şahnaz İsmayılova ifadə verəcəklər.

Növbəti məhkəmə prosesi oktyabrın 8-nə təyin olunub.

Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham olunur, Bakı İstintaq Təcridxanasında saxlanır.

Qaynar.info