Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada siyasi xadimin məzarını ziyarət edib.
Görkəmli tarixi şəxsiyyətin məzarı üstünə əklil qoyulub, ruhuna dualar oxunub.