Xəbər lenti

Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Bakıya gəldi - FOTOLAR - VİDEO
Ölkə17:46 28.01.2014

Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Bakıya gəldi - FOTOLAR - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Xəbər verildiyi kimi, bu il Böyük Öndərimiz, Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması planlaşdırılır. Böyük Öndərin yaratmış olduğu Müsavat Partiyası da bu yubileylə bağlı bir sıra tədbirlər həyata keçirməyə hazırlaşır. Düzənlənəcək mərasim və toplantılarda iştirak etmək üçün qardaş Türkiyədən də ölkəmizə nümayəndə heyəti gəlib.

Müsavat.com-un müxbirləri xəbər verir ki, Türkiyədən gələn nümayəndə heyətinə Azərbaycan Kültür Dərnəyinin rəhbəri, M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal başçılıq edir.

Bu gün axşam saatlarında C.Ünal və onun xanımı Bakıya gəliblər. Hörmətli qonaqları hava limanında Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın digər rəhbər şəxsləri qarşılayıblar. 

Qonaqlar yanvarın 31-də - M.Ə.Rəsulzadənin doğum günündə keçiriləcək tədbirə qatılacaqlar.

Qaynar.info