Xəbər lenti

Məhərrəm Məhərrəmov dünyasını dəyişdi (FOTO)
Ölkə10:24 10.11.2021

Məhərrəm Məhərrəmov dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov vəfat edib.
BDU-dan "Report"a verilən məlumata görə, professor 84 yaşında dünyasını dəyişib.
M.Məhərrəmov 1955-1960-cı ildə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1963-cü ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1986-cı ildə professor elmi adı alıb. 1963-cü ildən BDU-nun Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.
Qeyd edək ki, ötən gün BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Xəlilov vəfat edib.