Xəbər lenti

Məhkəmə aktyorla bağlı qərarını verdi
Ölkə14:00 16.06.2016

Məhkəmə aktyorla bağlı qərarını verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yahşi Cazibe” serialında “Barış” obrazı ilə məşhurlaşan aktyor Gökçü Özyolun məhkəmə prosesi baş tutub.

Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim 25 gün həbs olunan aktyorun cəzasını yüngülləşdirib, 500 min TL maddi təzminatla əvəzləyib.

Xatırladaq ki, aktyor bir müddət əvvəl sükan arxasında yol polislərinin “Saxla” əmrinə tabe olmayıb, qaçmağa cəhd edib.

Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə zamanı Özyolun 1,57 promil spirtli içki qəbul etdiyi müəyyənləşib.

Qaynarinfo.az