Xəbər lenti

Məhkəmə binasında "Yeni Müsavat"ın reportyoruna hücum edildi (VİDEO)
Ölkə10:58 10.12.2021

Məhkəmə binasında "Yeni Müsavat"ın reportyoruna hücum edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novxanıda "Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan  "Yeni Müsavat"ın reportyoru İlkin Muradov hücuma məruz qalıb.
Bu barədə İlkin Muradov özü xəbər verib. Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, jurnalist ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.
Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib. "O, məhkəmə koridorunda yumruq atdı. Sonra məhkəmə binasının önündə də davam etdi. "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/0F5J0k_KCEs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">