Xəbər lenti

Məhkəmə daha bir gənc barəsində qərar çıxardı
Ölkə13:29 17.05.2013

Məhkəmə daha bir gənc barəsində qərar çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli 200 saatlıq icbari əməyə cəlb edilib. Bu barədə APA-ya Ü. Həsənli özü məlumat verib.

Ü. Həsənli deyib ki, yanvar ayında Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştiraka görə, 600 manat cərimə edilib. Lakin o, heç bir yerdə işləmədiyini səbəb gətirərək cəriməni ödəməkdən imtina edib. Məhkəmə icraçılarının iddiasına əsasən Nizami Rayon Məhkəməsində Rəfael Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ülvi Həsənlinin 200 saatlıq icbari əməklə məşğul olması barədə qərar qəbul edilib.

Qaynar.info