Ekonomiks 13:59 14.03.2023

Məhkəmə Dövlət Agentliyini cərimələdi

Azərbaycan Dövlət Ehtiyatları Agentliyi tərtib edilən protokola əsasən cərimə edilib. 

Qayanrinfo-nun məlumatına görə, Agentliyin rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Nərimanov rayon Məhkəməsinə göndərilib. 

Agentliyin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirib ki, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola etiraz edirlər. O, yekunda iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edib. 

İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb və Agentlik İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

Əhməd