Xəbər lenti

Məhkəmə hakimi qardaşı arvadını döydü
Ölkə11:35 02.09.2014

Məhkəmə hakimi qardaşı arvadını döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli rayon sakini  Həmidxan  Abbasov  həyat yoldaşı Xətayə Abbasovanın  Lerik  Rayon Məhkəməsinin hakimi  Təyyar Abbaslı  tərəfindən döyüldüyünü iddia edir.
Avropa.info-ya  video müraciət edən Həmidxan Abbasov ögey qardaşı, Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının  onlara 1996-cı ildən  dövlət tərəfindən ayrılmış 4 hektar ,62  sot torpaqlarını mənimsədiyini bildirib.
Həmidxan Abbasovun dediyinə görə, torpağın  onlara məxsus olması barədə məhkəmə qərarlarına baxmayaraq, məhkəmə hakimi olan qardaşı qanunları saya saymayaraq mülkiyyətini əlindən alıb. İmişli sakininin bildirdiyinə görə, torpaqlarını tələb etdiklərinə görə, qardaşı, Lerik Rayon Məhkəməsinin hakimi  Təyyar Abbaslı  onun həyat yoldaşı Xətayə  Abbasovanı icra nümayəndəsinin gözü qarşısında  döyüb.
Qaynar.info