Xəbər lenti

Məhkəmə sürücüyə bəraət verdi
Ölkə 15:48 30.07.2026

Məhkəmə sürücüyə bəraət verdi

Səbail Rayon Məhkəməsi ölümə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə bəraət verib.

Qaynarinfo xəbər verir ki, Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə təqsirləndirilən Fizuli Yusifovun cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Məhkəmənin elan etdiyi hökmə əsasən, F. Yusifovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->