Xəbər lenti

Məhkəmə Tofiq Yaqublunun apellyasiya şikayəti təmin etmədi
Ölkə12:54 01.04.2013

Məhkəmə Tofiq Yaqublunun apellyasiya şikayəti təmin etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Akif Əlizadənin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsi T. Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatəti təmin edərək həbs müddətini 3 ay uzadıb. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Qaynar.info