Xəbər lenti

Məhkəmə xitam qərarı verdi (YENİLƏNİB)
Ölkə10:29 14.09.2023

Məhkəmə xitam qərarı verdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatı Anatoli Rafailov barəsindəki inzibati işə xitam verilib. 
Qaynarinfo xatırladır ki, deputat barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdi və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi. 
Sentyabrın 14-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi işə baxılıb. Hakim işə xitam verilməsi barədə qərar çıxarıb. 
Anatoli Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib. 
Yəhudi əsilli deputat Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 
Yeri gəlmişkən, bu gün yəhudi təqvimi ilə yeni il - Roş ha-Şanadır. Yəhudi xalqı 5784-cü ilin gəlişini qeyd edir. 
Prezident İlham Əliyev Roş-ha-Şana münasibəti ilə Azərbaycanın yəhudi icmasını təbrik edib. 
Qaynarinfo da Roş-ha-Şana münasibəti ilə deputat Anatoli Rafailovu və Azərbaycanın yəhudi icmasını təbrik edir.