Xəbər lenti

Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi (YENİLƏNİB)
Ölkə12:45 25.08.2017

Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi tədimata baxılıb.

"Qaynarinfo" xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

15.30

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevə üç maddə ilə ittiham irəli sürülüb.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, M.Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Mehman Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluq Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Qaynarinfo.Az