Xəbər lenti

Mehman Hüseynov: "Günay öləndən sonra klipə baxış sayı artıb" - VİDEO
Ölkə13:18 03.09.2013

Mehman Hüseynov: "Günay öləndən sonra klipə baxış sayı artıb" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi  Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilən Günay Məmmədova bir neçə gün bundan əvvəl avtomobil qəzasında dünyasını dəyişib. 

Qaynar.info-nun verdiyi məlumata görə Günay Məmmədovanın ölümü ölkə mediasında ən çox müzakirə olunan mövzulardandır və yayılan məlumatlarda həmçinin G.Məmmədovanın ölümünə səbəb intihar hadisəsinin olduğu da bildirilir.

Qeyd edək ki, Günay Məmmədovanın məşhurlaşmasında Səyyad Əlizadənin “Bizim Metropoliten” klipinin xüsusi rolu olmuşdu. Bu klipin məşhurlaşmasında isə tanınmış bloqçu Mehman Hüseynovun həmin klipə hazırladığı video kollaj təsir göstərmişdi. 

Günay Məmmədovanın ölümü və onun məşhurlaşması ilə bağlı Mehman Hüseynovdan açıqlama aldıq. M Hüseynov Qaynar.info-ya açıqlamasında bu ölüm hadisəsinin onu çox üzdüyünü bildirib: "İlk öncə demək istəyirəm ki, Allah rəhmət etsin". 

"G. Məmmədovanın ölümündən sonra video kollaja baxış sayında artıb olubmu?" sualına M. Hüseynov belə cavab verdi: "Mən baxdım və müşahidə etdim ki, baxış sayında artım olub. Ancaq düşünmürəm ki, bu Günayın ölümü ilə bağlıdır. Ancaq Günayın ölümünün bu qədər diqqət mərkəzində olmasında düşünmürəm ki, yaratdığım video kollajın rolu var. Bunu tamaşaçılar deyə bilər."

Qaynar.info