
Gənc blogger Mehman Hüseynova ölkədən çıxmağa icazə verilməyib.
Qaynar.info xəbər verir ki, bu barədə Mehman Hüseynov öz şəxsi feysbuk səhifəsində məlumat verib.
O, 4 iyun tarixində yazdığı statusunda bildirib ki, bu ay Almaniyanın Frankfurt şəhərində ona təqdim ediləcək mükafatı almaq üçün getmək istəsə də, rəsmi icazə ala bilməyib: "Bu ay Almaniyanın Frankfurt şәhәrinә getmәliyәm mükafat almaq üçün. Keçәn il mükafatı almaq üçün mәni aeroportda saxlamışdılar. Norveçә buraxmadılar, anam gedib mәnim yerimә mükafatı almağa. İndi yenә ölkәni 1 hәftәlik tәrk elәmәk üçün müraciәt elәdim baş prokurora vә mәnim saxta cinayәt işimi aparan müstәntiqә. Hal-hazırda idarәnin qarşısında cavablarını gözlәyirәm. Yәqin yenә icazә vermiyәcәklәr ki, guya mәni belә cәzalandırsınlar. Amma ta bilmirlәr ki, mәnim vecimә dә deyil".
Bu gün yazdığı statusnda isə blogger bildirib ki, rəsmi qurumlar ona xaricə getməyə icazə veriməyiblər.
Xatırladaq ki, ötən il blogger Norveçə də buraxılmamışdı.
Qaynar.info