Xəbər lenti

Mehman Hüseynovdan hakimə cavab: "Həmin gün evə qız çağırmışdım"
Ölkə10:58 14.02.2014

Mehman Hüseynovdan hakimə cavab: "Həmin gün evə qız çağırmışdım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verildiyi kimi bu gün həbsdə olan NİDA-çıların məhkəməsi keçirilib. 

Qaynar.info xəbər verir ki, məhkəmədə bloqçu Mehman Hüseynov şahid kimi dindirilib. Mehman Hüseynova daha çox Harlem Şake videosu ilə bağlı sual verilib. 

M. Hüseynov bildirib ki, "Uşaqları bu videoya görə tutublar. Amma bizim çəkdiyimiz Harleam Shake videosundan hakimiyyət yönümlü təşkilatlar da çəkib. Onları isə tutan yoxdur”.

Daha sonra hakim M. Hüseynovdan 2013-cü il martın 1-də harda olmasını soruşub. M. Hüseynovun cavabı isə zaldakıların gülüşünə səbəb olub: "Martın 1-i mən evdəydim evə qız çağırmışdım və işimlə məşğul olmuşam, ətraflı istəsəniz danışa bilərəm".

Qaynar.info