Xəbər lenti

Mehman Hüseynovun məhkəmə tarixi açıqlandı
Ölkə16:42 04.05.2018

Mehman Hüseynovun məhkəmə tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Video-bloqqer Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, onun vəkili Fuad Ağayev bildirib ki, proses üzrə ilk iclas iyunun 5-di saat 15:30-da Ali Məhkəmədə keçiriləcək.
Qeyd edək ki, M. Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.