Xəbər lenti

Mehman Hüseynovun müraciəti təmin edilmədi
Ölkə12:45 24.08.2018

Mehman Hüseynovun müraciəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəmə prosesi keçirilib.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun müraciəti təmin edilməyib və M.Hüseynov azadlığa buraxılmayıb.
M.Hüseynov polisə böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.