Xəbər lenti

Mehman Hüseynovun vəkili yanına buraxılmır - YENİLƏNİB
Ölkə08:15 02.10.2013

Mehman Hüseynovun vəkili yanına buraxılmır - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mehman Heseynovun iş yoldaşı Tatyana Kryoçkina özünün Facebook sosial şəbəkəsindəki profilində Mehmanın həbsi ilə bağlı yeni məlumat payşalıb.

Qaynar.info-nun evrdiyi xəbərə görə, o qeyd edib ki, M. Hüseynovun vəkili onun yanına buraxılmır: Vəkili Mehman Huseynovun yanına buraxmayıblar".

*****

Son məlumata görə Mehman Hüseynov Respublika Baş Prokuroluğa gətirilib. 

Qaynar.info xəbər verir ki, bu barədə M. Hüseynovun iş yoldaşı Günay İsmayılova Facebook-da məlumat yayıb.

***

Mehman Hüseynovun işlədiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutundan Qaynar.info-ya verilən məlumata görə, Mehman Hüseynovu bu gün səhər saatlarında 9:45 radələrində ofisdən aparıblar.

Ofisə daxil olan polislər özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Polislər bildiriblər ki, rəis Mehman Hüseynovla görüşmək istəyir.

***

Tanınmış foto-video bloqçu Mehman Hüseynovun polis tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə məlumatı sosial şəbəkələrdə Mehman Hüseynovun dostları paylaşıb. Hazırda onun Bakı Şəhər Baş Polis İdarəsində saxlandığı bildirilir. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.  

Qaynar.info