Xəbər lenti

Mehriban Əliyeva qızları ilə Lahıcda (FOTOLAR)
Ölkə15:17 03.10.2019

Mehriban Əliyeva qızları ilə Lahıcda (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib. Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Lahıc qəsəbəsində olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Birinci vitse-prezidentin rəsmi "İnstagram” səhifəsində məlumat paylaşılıb.
"Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!” - deyə qeyd olunub.