Xəbər lenti

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Ölkə05:31 02.05.2022

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Qaynarinfo-nun xəbərinə görə, təbrikdə deyilir:
"Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”.