Xəbər lenti

Mehriban Əliyeva üçün özəl gün
Ölkə04:34 26.08.2016

Mehriban Əliyeva üçün özəl gün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.

Qaynarinfo.Az-ın məlumatına görə, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Eyni ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

Ailəlidir, iki qızı, bir oğlu var.

Qaynarinfo.Az