Xəbər lenti

Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi (VİDEO)
Ölkə08:15 24.01.2019

Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Bakıda Vəliyevlər ailəsində 3 illik övlad həsrətinin sonunda dünyaya gələn üçəmlərə - Mehriban, Leyla və Arzuya diqqət göstərib.
Qaynarinfo news24.az-a istinadən xəbər verir ki, xəbər yayıldıqdan dərhal sonra ailəyə maddi yardım göstərilməsi üçün Fonda göstəriş verib.
Uşaq arabası, beşik, növbənöv geyimlər, hamam dəstləri və müxtəlif qidalarla təmin edilən ailə ölkənin birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildirib.