
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
"Report"un xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.
Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.
10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq.
M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.
Qaynarinfo.az