Xəbər lenti

Məhşur lizinq təşkilatına yarım milyonluq dələduzluq İTTİHAMI
Ölkə08:24 16.04.2015

Məhşur lizinq təşkilatına yarım milyonluq dələduzluq İTTİHAMI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhşur lizinq təşkilatı dələduzluqda ittiham edilib. Qaynar.info pia.az-a istinadən хəbər verir ki, vətəndaş Xanlar Məmmədov və Elnur İsgəndərov "Standart Lizinq" MMC-yə qarşı dələduzluq ittihamı səsləndiriblər.
Xanlar Məmmədov və Elnur İsgəndərov “Standart Lizinq” MMC-ni "Yuqa Hodinq" MMC ilə əlbir şəkildə onların 523 min manat vəsaitini saxta çeklə mənimsəməkdə ittiham edirlər. Onlar bu barədə açıqlamalarında məlumat verib: 
"Standart Lizinq” MMC-nin və "Yuqa Hodinq" MMC-nin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz üstünlük əldə etmək məqsədi ilə saxta sənədlər tərtib edib və bizə məxsus külli miqdarda pulu mənimsəyiblər. Belə ki, biz 2012-ci ilin iyul ayında “Standart Lizinq” MMC və "Yuqa Hodinq" MMC ilə üçtərəfli qaydada müqavilə bağlayaraq ümumilikdə 20 ədəd “HOVO” markalı yük maşınını lizinq yolu ilə istifadəyə götürmüşük. Müqavilə bağlanan anda biz "Yuqa Hodinq" MMC-yə ümumilikdə 523 min manat pul ödəmişik və pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderlərini almışıq.
Hazırda “Standart Lizinq” MMC ilə mübahisəmiz yarandığı üçün biz "Yuqa Hodinq" MMC-yə müraciət edərək ödədiyimiz pulların məbləğini təsdiq edən arayış istəsək də, onlar pulun ödənilməsini təsdiq edən arayışı verməkdən imtina edirlər. Aparılan danışıqlar zamanı məlum olub ki, 510 min manat pulun ödənilməsi ilə bağlı bizə saxta kassa mədaxil orderləri verilib, həmin pullar bizdən rəsmi formada alınmayıb və rəsmiləşdirilməyib. Yəni bizim "Yuqa Hodinq" MMC-yə ödədiyimiz pulu “Standart Lizinq” MMC saxta sənədlər əsasında özünə mükafat kimi göstərib".
Müraciətdə adı çəkilən hər iki şirkətin mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info