Xəbər lenti

“Məişət  zorakılığı ilə bağlı çox ciddi işlər görülməlidir” - Mehriban Zeynalova
Ölkə 18:30 21.02.2023

“Məişət  zorakılığı ilə bağlı çox ciddi işlər görülməlidir” - Mehriban Zeynalova

Ölkədə baş verən ailədaxili  zorakılığı artması tendensiyaları son illər medianın gündəmindən düşdür. Ailə institutunun dağılmasına gətirib çıxaran bu kimi hallara son qoymaq üçün nə etmək lazımdır?

Ailə bir institut olaraq zokarı meyilləri necə aradan qaldıra bilər?

 "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalova Moderator.az-a açıqlamasında bu sahədə işlərin ləng aparıldığını bildirdi:

"Zorakılıqla bağlı qanunların çevik dəyişməsinə ehtiyac var.  ABŞ-da bununla bağlı institutlar var. Onlar tədqiqatlar aparır nəticəyə uyğun qanunvericilik də çevik şəkildə dəyişir. Çox təəssüf ki, bizdə  bu prosses ləng baş verir. 2010-cu ildə qanun qəbul olunsa da, onun təkminləşməsi ləngiyir. Bizdə  bu tədqiqatlar, qiymətləndirmə, qadınların təhlükəsizliyi məsələsində çevik addımların atılması məsələsi zəifdir.

Bu gün ölkədə və dünyada baş verən hadisələr, müharibə və pandemiya, insanların bir-birinə münasibətindəki əvvəlki dəyər sisteminin pozulması, sosial iqtisadi vəziyyətin gərginliyi və s. insanların psixikasına təsir edir. Bu da məişət zorakılığlna gətirib çıxarır. 

Məişət zorakılığı ilə bağlı ciddi işlər görülməlidir. Bu məsələdə kişilərin iştirakına dəstək verilməlidir. Bundan əlavə, zorakılıq törədən şəxslərin təkcə həbs yox, eyni zamanda, məcburi psixoloji reblitasiyadan keçmələri üçün tədbirlər planı olmalıdır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->