Xəbər lenti

Məkan eyni, rəqib eyni, hesab eyni: Azərbaycan yenə makedonlarla bacarmadı
İdman16:55 29.05.2016

Məkan eyni, rəqib eyni, hesab eyni: Azərbaycan yenə makedonlarla bacarmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. 
Qaynarinfo.az xəbər verir ki, komandamızın rəqibi Makedoniya olub.
Bad Erlax qəsəbəsinin stadionunda keçirilən qarşılaşmada makedonlar qalib gəlib - 3:1. Xatırladaq ki, 6 il əvvəl Azərbaycan millisi Avstriyada Makedoniya ilə hazırlıq matçı keçirmiş və onda da bu hesabla məğlub olmuşdu.
Qeyd edək ki, bu il iki oyun keçirib və qol vura bilməyib. Antalyada Qazaxıstana 0:1 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri Avstriyada Andorra ilə "sülh" bağlayıb - 0:0.
Avstriya
Yoldaşlıq oyunu
29 may
 
Azərbaycan - Makedoniya 1:3
Qollar: Əfran İsmayılov, 73-pen. - Maryan Radeski, 18. Qoran Pandev, 32. İliya Nestorovski, 90+2.
Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədəvi Hüseynov, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov, 13. Dmitri Nəzərov, 14. Rəşad Sadıqov (k), 17. Rəhman Hacıyev, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 12. Anar Nəzirov, 4. Pavel Paşayev, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 18. Ağabala Ramazanov, 19. Rəşad Eyyubov, 20. Üfüq Budaq, 21. Murad Səttarlı, 24. Amil Yunanov, 25. Adil Nağıyev, 28. Coşqun Diniyev.
Makedoniya: 1. Stole Dimitrievski, 3. Leonard Juta, 5. Kire Ristevski, 6. Vançe Şikov, 13. Stefan Ristovski, 4. Boyan Naydenov, 16. Enis Bardi, 7. İvan Triçkovski, 9. Aleksandar Traykovski, 11. Maryan Radeski, 10. Qoran Pandev.
Ehtiyat oyunçular: 12. İqor Aleksovski, 14. Darko Velkovski, 2. Eqzon Beytulai, 17. Boban Nikolov, 8. David Babunski, 19. Deyan Peşevski, 20. Nikola Qyorqyev, 18. Besir Demiri, 15. İliya Nestorovski.
Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (Avstriya).
Bad Erlax stadionu.
Qaynarinfo.az