Xəbər lenti

Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək (VİDEO)
Ölkə15:20 27.08.2020

Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Qaynarinfo  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
Virusun yayılmasının qarşısını almaq üçün biz 3 əsas işi vaxtında etməliyik:
Yoluxmanın vaxtında aşkarlanması
Aşkarlanmış halların tez bir zamanda təcrid edilməsi
Təcrid edilənlərlə təmasda olan digər insanların siyahısının müəyyən edilməsi, onların ya xəbərdar olunması, yaxud müvafiq qaydada müayinə edilməsi.
<iframe width="560" height="310" src="https://www.youtube.com/embed/QI-QEtuzqe8" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">