Xəbər lenti

Məktəb direktorları yenə qaydalarla təyin olunacaq
Ölkə11:01 01.10.2013

Məktəb direktorları yenə qaydalarla təyin olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulub. Qaydalar təsdiq edildikdən sonra bu istiqamətdə işlərə başlanacaq.

Təhsil Nazirliyi müəllimlərin və direktorların attestasiyadan keçirilməsi məsələlərinə də aydınlıq gətirib. Bildirilib ki, pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin attestasiyası təhsilin inkişaf strategiyasında nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaq.

Qaynar.info