Xəbər lenti

Məktəb direktorları yeni qaydada işə qəbul olacaqlar
Ölkə16:36 09.05.2014

Məktəb direktorları yeni qaydada işə qəbul olacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydaların hazırlanması istiqamətində ilk addım məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimlər may ayında başa çatacaq.

Təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alacaq şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq.

Ümumilikdə isə məktəb direktorlarının seçilib yerləşdirilməsi qaydaları təsdiq edildikdən sonra elan ediləcək. Qaydaların əsasını müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması təşkil edəcək.

Təhsil Nazirliyi məktəblərdə çalışan qadın direktorların sayını da açıqlayıb. Bildirilib ki, hazırda qadın məktəb direktorlarının sayı 1169 nəfərdir.

Qaynar.info