Xəbər lenti

Məktəb direktoru işdən çıxarılıb, başqa məktəbə müavin təyin edildi
Ölkə07:15 04.12.2017

Məktəb direktoru işdən çıxarılıb, başqa məktəbə müavin təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda məktəb direktoru tutduğu vəzifədən azad olundu.
Qaynarinfo-nun xeberle.com-a istinadən məlumatına görə, Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin direktoru Vəkil İbrahimov tutduğu vəzifədən azad olunub.
V. İbrahimovun öz ərizəsinə əsasən direktor postundan uzaqlaşdırıldığı deyilir. Direktor vəzifəsinin müvəqqəti icrası müavinlərdən birinə həvalə edilib. 
V.İbrahimov əvəzində isə 16 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. 
Qeyd edək ki, V. İbrahimov Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə 2011-ci ildən direktor vəzifəsində çalışırdı.