Xəbər lenti

Məktəb direktoruna qarşı şok ittiham: Müəllimlərin maaş kartını əllərindən alıb
Ölkə07:39 10.07.2014

Məktəb direktoruna qarşı şok ittiham: Müəllimlərin maaş kartını əllərindən alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktoru İslam Hüseynov müəllimlərin maaş kartını əllərindən alaraq özündə saxlayır. 

Qaynar.info xəbər verir ki, bu barədə Publika.az-a sözügedən məktəbin bir qrup müəllimindən şikayət daxil olub. 

Məlumata görə, sözügedən məktəbin bir qrup müəllimi sadalanan faktlarla əlaqədar təhsil naziri Mikayıl Cabbarova direktordan şikayət etməyə hazırlaşır. 

Müəllimlər deyir ki, direktor İ.Hüseynov onların maaş kartlarını özündə saxlayır və hər ay kartdan özü üçün pul çıxarır: 

“Biz maaşımızı kartdan özümüz çıxara bilmirik. Maaş kartımızı direktor özündə saxlayır və pulu da bizə o, çıxarıb verir”.  

Qaynar.info