Xəbər lenti

Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb
Ölkə 17:10 19.09.2025

Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb

Füzuli rayon Arayatlı tam orta məkətbin direktoru Ələddin Hüseynovun evindən oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, direktorun evindən 14 000 manat dəyərində qızıl-ziynət əşyaları və 200 manat nağd pul oğurlanıb. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Cinayətin üstü qısa müddətdə açılıb. 

Məlum olub ki, hadisəni törədən Arayatlı kənd sakini Kamran Məmmədovdur. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Füzuli Rayon Məhkəməsində Elmir Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Kamran Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini maddi sıxıntılarla izah edib. 

Məhkəmənin hökmü ilə Kamran Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->