Xəbər lenti

Məktəbdə müəlliməni döydülər - Bakıda
Ölkə17:10 25.02.2016

Məktəbdə müəlliməni döydülər - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.
Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. 
Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. 
Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır. 
Qaynar.info